BAKI, Azərbaycan, 1 oktyabr. Qazaxıstan hökumətinin məlumatına görə, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı (CASA) birləşdirən, Pakistanın dəniz limanlarına çıxışı təmin edən yeni dəmir yolu marşrutu üzərində birgə işləmək niyyətindədirlər.
Trend News Agency · 2026-10-01

Bu arada, sentyabrın 30-da Qazaxıstanın Nəqliyyat Nazirliyi, Özbəkistanın Nəqliyyat Nazirliyi və BƏƏ-nin Energetika və İnfrastruktur Nazirliyi arasında CASA dəmir yolu layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Hökumətdən bildirilib ki, "CASA layihəsi Mərkəzi və Cənubi Asiya arasında nəqliyyat əlaqəsini təmin edəcək, eləcə də beynəlxalq daşımaların, ticarətin, logistikanın və investisiya əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradacaq yeni dəmir yolu marşrutunun formalaşdırılmasını nəzərdə tutur". Memoranduma əsasən, tərəflər texniki-iqtisadi tədqiqatlar,…