İsrail Baş naziri Misirin xəbərdarlığını təkzib etdi

Benyamin Netanyahu, Misirin HƏMAS hücumu barədə xəbərdarlıq etdiyini inkar edib. O, bu iddiaları irəli sürənlərə qarşı hüquqi tədbirlər görməyi tapşırıb.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü ildə Misirin Təl-Əvivə HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücuma hazırlaşması barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatları təkzib edib və bu iddiaların müəlliflərinə qarşı böhtan iddiası qaldırmağı tapşırıb.

Oxu. Az xəbər verir ki, bu barədə İsrail baş nazirinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan paylaşımda bildirilib. Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən Misirin HƏMAS-ın hazırladığı hücumla bağlı İsrailə bir neçə dəfə xəbərdarlıq etdiyini iddia etmişdi.

Nəşrin məlumatına görə, bu xəbərdarlıqlardan birini İsrail tərəfinə həmin vaxt Misir kəşfiyyat xidmətinə rəhbərlik edən Abbas Kamel çatdırıb. "7 oktyabrdan əvvəlki aylarda Netanyahu həmin vaxt Misir kəşfiyyat xidmətinə rəhbərlik edən Abbas Kamellə görüşməyib, danışmayıb və heç…