BAKI, Azərbaycan, 29 sentyabr. Cari İran ilinin ilk beş ayı ərzində (21 mart – 22 avqust 2026-cı il) İran və Özbəkistan arasında ticarət dövriyyəsi 280 milyon dolları keçib.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. Cari İran ilinin ilk beş ayı ərzində (21 mart – 22 avqust 2026-cı il) İran və Özbəkistan arasında ticarət dövriyyəsi 280 milyon dolları keçib. Bu barədə İranın Ticarətin Təşviqi Təşkilatına istinadən İranın Özbəkistandakı ticarət attaşesi Rəhmətullah Xormalı bildirib.
"İran və Özbəkistanın kənd təsərrüfatı nazirlikləri arasındakı əməkdaşlıq, eləcə də İranın kənd təsərrüfatı naziri Qulamrza Nurinin 120 nəfərlik nümayəndə heyəti ilə Özbəkistana səfəri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün perspektivlər açıb", - o qeyd edib.
Xormalı bildirib ki, Özbəkistan İran məhsullarının ixracı baxımından MDB ölkələri arasında ikinci yerdə qərarlaşıb və İranla ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. O əlavə edib ki, kənd təsərrüfatı iki ölkə arasında ticarətin genişləndirilməsində prioritet sektorlardan biridir. Xormalının…