İran və Rusiya iqtisadi əməkdaşlığı sürətləndirməyə çalışır - nazir

BAKI, Azərbaycan, 29 sentyabr. İran və Rusiya iqtisadi əməkdaşlığın sürətləndirilməsi üçün həll yolları təklif edirlər.

Trend News Agency · 2026-09-29

BAKI, Azərbaycan, 29 sentyabr. İran və Rusiya iqtisadi əməkdaşlığın sürətləndirilməsi üçün həll yolları təklif edirlər. Bu barədə İranın Neft Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Sənəddə nazir Möhsün Paknejadın bu gün (29 sentyabr) Rusiya energetika naziri Sergey Sivilyov ilə keçirilən videokonfrans formatlı görüşdə səsləndirdiyi fikirlərə istinad olunub. "İran və Rusiya mövcud maneələrin aradan qaldırılması üçün həll yolları təklif edirlər.

Bu təkliflər çərçivəsində qısa müddətdə daha əhəmiyyətli nəticələr əldə etmək mümkündür", - o qeyd edib. İranlı nazir əlavə edib ki, sentyabrın 28-də İran və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın videokonfrans formatında iclası keçirilib. Görüş zamanı müxtəlif iqtisadi sektorlarda bir sıra vacib qərarlar qəbul edilib. İran və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya iki ölkə arasında müxtəlif iqtisadi…