Husilərin nəzarət uğrunda dövrdüyü Yəmənin cəbhəyanı şəhərindən reportaj

Baxın: Yaxınlaşan PUA reportajı kəsərkən müxbir sığınacağa qaçır. “Bu, birinci dronur” – deyə Yəmənin cənub-qərbində bizi müşayiət edən əsgər bildirdi. “Adətən bundan sonra hücum olur”. Başımızın üzərindəki vızıltı səsi gücləndi və biz kolluqda gizləndik, daha sonra isə maşına minərək uzaqlaşdıq…

BBC World · 2026-09-28

Baxın: Yaxınlaşan PUA reportajı kəsərkən müxbir sığınacağa qaçır "Bu, birinci dronur" – deyə Yəmənin cənub-qərbində bizi müşayiət edən əsgər bildirdi. "Adətən bundan sonra hücum olur". Başımızın üzərindəki vızıltı səsi gücləndi və biz kolluqda gizləndik, daha sonra isə yenidən maşına minərək uzaqlaşdıq.

Təxminən 10 dəqiqə ərzində ard-arda gurultulu zərbə səsləri eşidildi, lakin onların hara düşdüyü dəqiq bilinmirdi. Təizz şəhərinin cənub-qərbindəki dağlarda cəbhə xəttinin haradan başladığını müəyyən etmək çətindir.

Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətyönlü qüvvələr ayın əvvəlində Qırmızı dəniz sahilləri ilə irəliləyərək əsas gəmiçilik boğazına nəzarəti ələ keçirən və Yəməndəki vətəndaş müharibəsini daha da gərginləşdirən husi döyüşçülərini geri oturtmaq üçün döyüşürlər. Döyüşləri yaxından görmək üçün biz hökumət qüvvələri ilə birlikdə Təizzdən nəzarət-buraxılış məntəqələrini…