ABŞ Müdafiə Nazirliyinin məlumat bazasına edilən kiberhücum nəticəsində 3 milyondan çox işçinin məlumatları hakerlər tərəfindən ələ keçirilib. Eyni zamanda, FTB əməkdaşlarının şəxsi və məxfi məlumatları da təhlükəyə düşüb.
Oxu.az · 2026-09-29
Yeniliklərdən dərhal xəbərdar olun ABŞ-nin Müdafiə Nazirliyinin məlumat bazasına edilən haker hücumu nəticəsində Pentaqonun 3 milyondan çox əməkdaşının məxfi məlumatları kibercinayətkarların əlinə keçib. Oxu. Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı qurumdakı mənbəyə istinadən informasiya yayıb.
Məlumat sızması 2. 76 milyon sağ olan və 294 min vəfat etmiş şəxsə aid materialları əhatə edib. Oğurlanmış məlumatlar arasında sosial sığorta nömrələri və vəzifə barədə detallar da yer alır. Pentaqonun açıqlamasına əsasən, sistemə qanunsuz müdaxilə 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək olan dövrdə baş verib.
Nazirlikdən xüsusi olaraq qeyd edilib ki, ələ keçirilmiş məlumatların qeyri-qanuni məqsədlər üçün istifadə olunduğuna dair hələlik heç bir sübut yoxdur. Ümumilikdə isə Pentaqonun arxivində əməkdaşlara aid 60 milyondan çox şəxsi iş saxlanılır. Bundan əlavə, bir müddət…