Gürcüstan Orta Dəhliz ölkələri ilə elektron icazə sistemləri üzərində işləyir - rəsmi

BAKI, Azərbaycan, 1 oktyabr. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Tamar İoseliani Dünya Bankı Qrupunun “Orta Dəhliz: Növbəti mərhələ” adlı onlayn tədbirində çıxışı zamanı bildirib ki, Gürcüstan Orta Dəhliz ölkələri ilə elektron icazə sistemlərinin tətbiqi istiqamətində iş aparır.

Trend News Agency · 2026-10-01

Trend-in müxbiri xəbər verir. “Gürcüstanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı onillik baxışı və planı var. Biz əsas nəqliyyat infrastrukturuna 7 milyard dollar sərmayə qoyur və cəlb edirik.

Bura təkcə limanlar, dəmir yolları və avtomobil yollarının tikintisi deyil, həm də hava limanları daxildir, çünki mülki aviasiya nəqliyyat şəbəkəmizin inkişafında əsas elementlərdən biridir”, - deyə o bildirib. T. İoselianinin sözlərinə görə, ölkə həm də rəqəmsal infrastrukturunu inkişaf etdirir. “İslahatların sinerjisi, yeni nəsil təkmilləşdirmələr və infrastrukturun yenilənməsi Orta…