Gürcüstanın Xalq Müdafiəçisi Türkmənistana səfər edib, ombudsman və rəsmi şəxslərlə görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani sentyabrın 25-27-də Türkmənistanın İnsan Hüquqları üzrə Mvəvəkkili (ombudsman) Yazdursun Qurbannazarovanın dəvəti ilə Aşqabadda səfərdə olub, ombudsman aparatının, parlamentin və xarici işlər nazirliyinin rəsmiləri ilə danışıqlar aparıb. Qurbannazarova ilə görüş zamanı...

Civil Georgia · 2026-09-28

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani sentyabrın 25-27-də Türkmənistanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Yazdursun Qurbannazarovanın dəvəti ilə Aşqabadda səfərdə olub, ombudsman aparatının, parlamentin və xarici işlər nazirliyinin rəsmiləri ilə danışıqlar aparıb.

Gürcüstanın Xalq Müdafiəçisinin aparatının sentyabrın 28-də yaydığı bəyanata görə, Qurbannazarova ilə görüşdə "tərəflər onların qurumları arasında uzunmüddətli əməkdaşlığın vacibliyini müzakirə ediblər".

Bəyanatda qeyd olunur ki, Qurbannazarova "Gürcüstan Xalq Müdafiəçisi Aparatının işini, xüsusən də onun Milli Preventiv Mexanizmini (NPM) [saxlanma yerlərindəki şəraitə nəzarət etmək səlahiyyətinə malik qurum] müsbət qiymətləndirib və milli preventiv mexanizmin yaradılmasında Gürcüstanın təcrübəsindən bəhrələnməyə hazır olduğunu bildirib". Bəyanata əsasən, iki tərəf həmçinin "Türkmənistan Ombudsman təsisatının…