Rusiyalı turistin qətlində şübhəli bilinən keçmiş məhkum işgüzar Abxaziyada saxlanılıb

Rusiya işğalı altında olan Abxaziyanın Qudauta sakinq, əvvəllər rusiyalı turistin zorlanmasında təqsirli bilinən və 2024-cü ildə azadlığa buraxılması Moskvada narahatlıq doğuran Edqar Abuxba digər rusiyalı turist Aminə Bikbovanın qətlində şübhəli bilinərək saxlanılıb. Bu barədə bölgənin de-fakto “daxili işlər nazirliyi” məlumat yayıb.

Civil Georgia · 2026-09-28

Rusiya işğalı altında olan Abxaziyanın Qudauta sakini, əvvəllər rusiyalı turistin zorlanmasında təqsirli bilinən və azadlığa buraxılması 2024-cü ildə Moskvanın narahatlığına səbəb olan Edqar Abuxba digər rusiyalı turist Aminə Bikbovanın qətlində şübhəli bilinərək saxlanılıb.

Bu barədə sentyabrın 27-də bölgənin de-fakto “daxili işlər nazirliyi” məlumat yayıb. “Nazirlik”dən bildirilib ki, 25 yaşlı şübhəli kirayə götürülmüş mənzildə onunla tək qaldığı zaman mübahisə zəminində qadını boğaraq öldürdüyünü etiraf edib. Bikbovanın itkin düşməsi barədə bir gün əvvəl məlumat verilib.

Belə ki, onun qohumları yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq üç gün ərzində onunla əlaqə saxlaya bilmədiklərini bildiriblər. De-fakto nazirlik qeyd edib ki, qətldən sonra Abuxba cinayəti gizləməyə və Bikbovanın cəsədini suda batırmağa cəhd göstərib, lakin bunu bacarmadığı üçün nəticədə cəsədi kol-kos…