Flydubai İsrailə uçuşları altı günlüyünə dayandıracaq

Təl-Əvivə uçan təyyarənin göyərtəsində baş vermiş insidentdən sonra BƏƏ-nin Flydubai aviaşirkətinin İsrailə reysləri altı gün müddətinə dayandırılacaq, bu barədə 12-ci kanal məlumat yayıb. Məhdudiyyət oktyabrın 1-i səhər saatlarında qüvvəyə minəcək.

Minval · 2026-09-30

Bu müddət ərzində BƏƏ-dən Təl-Əvivə uçuşları Flydubai-nin əvəzinə İsrail aviaşirkətləri həyata keçirəcək, təyyarələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Televiziya kanalının məlumatına görə, qərar sentyabrın 30-da İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparan BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə razılaşdırılıb. Sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan Flydubai aviaşirkətinə məxsus təyyarənin ələ keçirilməsi barədə məlumat yayılıb. İkinci pilot bıçaq götürərək hava gəmisinin komandirini yaralayıb, daha sonra aviaqəza törətmək üçün təyyarəni yerə istiqamətləndirib. O, sərnişinlər və xidməti…