Aİ-nin Gürcüstandakı Nümayəndəliyi “Gürcüstan xalqı”na dəstək verəcəyini və vəsaitin hakimiyyətə verilmədiyini bəyan edib

Gürcüstandakı yeni layihələrə 38 milyon avro xərclənəcəyini bir daha təsdiqləyən Aİ-nin Gürcüstandakı Nümayəndəliyi bildirib ki, blok artıq Gürcüstan hakimiyyətini maliyyləşdirmir, lakin “Gürcüstan xalqına” kömək etməyə davam edir. Bu maliyyələşmə barədə ilk dəfə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski oktyabrın 10-da Gürcüstanın şərqindəki Kaxeti bölgəsində Avropa Günü tədbirində məlumat verib...

Civil Georgia · 2026-10-16

Gürcüstandakı yeni layihələrə 38 milyon avro xərclənəcəyini bir daha təsdiqləyən Aİ-nin Gürcüstandakı Nümayəndəliyi bildirib ki, blok artıq Gürcüstan hakimiyyətini maliyyləşdirmir, lakin “Gürcüstan xalqına” kömək etməyə davam edir.

Bu maliyyələşmə barədə ilk dəfə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski oktyabrın 10-da Gürcüstanın şərqindəki Kaxeti bölgəsində Avropa Günü tədbirində məlumat verib.

O bildirib ki, vəsait kənd yerlərinin inkişafı, biznes, qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitin mühafizəsinə yönəlmiş layihələri dəstəkləyəcək və layihələrin cari ilin sonuna qədər imzalanacağına ümid etdiyini qeyd edib. Daha sonra nümayəndəliyin oktyabrın 16-da Facebook səhifəsində yayımladığı açıqlamada bildirilib ki, bu layihələr “Gürcüstandakı ailələrin və icmaların həyatında real dəyişikliklər yaratmağa davam edəcək”. Layihələr “kiçik şəhərlərdə və qəsəbələrdə iqtisadi…