Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fond bazarındakı vəziyyətin maliyyə sisteminə təhlükə yaratmadığını bildirib. Eyni zamanda, bazarın sabitliyini pozanların məsuliyyət daşıyacağına diqqət çəkib.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fond bazarının məhdud seqmentində yaranan vəziyyətin ölkənin maliyyə sistemi üçün təhlükə yaratmadığını bəyan edib. Oxu. Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan vurğulayıb ki, dövlət vətəndaşların hüquqlarının qorunması və iqtisadi sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər görəcək.

"Xalqımızın hüquqlarına, qanununa, mülkiyyətinə və əmlakına qəsd edən hər kəs qarşısında bizi və dövləti görəcək", - deyə Prezident bəyan edib. Ərdoğan qeyd edib ki, baş verənlər fond bazarının məhdud seqmenti ilə bağlıdır və Türkiyənin maliyyə sisteminə hər hansı riskin yayılmasından xəbər vermir. Onun sözlərinə görə, hakimiyyət orqanları vəziyyəti diqqətlə izləyir və qanunvericilik çərçivəsində zəruri tədbirlər görür. Prezident bildirib…