BAKI, Azərbaycan, 29 sentyabr. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYTİB) Türkmənistanın nəqliyyat, logistika, bələdiyyə xidmətləri, bərpaolunan enerji və su sektorlarında dövlət-özəl tərəfdaşlığı üçün potensial görür.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYTİB) Türkmənistanın nəqliyyat, logistika, bələdiyyə xidmətləri, bərpaolunan enerji və su sektorlarında dövlət-özəl tərəfdaşlığı üçün potensial görür.
AYTİB-in Türkmənistan üzrə rəhbəri Erik Livni Trend-ə verdiyi eksklüziv müsahibəsində Türkmənistanda dövlət-özəl tərəfdaşlığı (DÖT) potensialı və DÖT strukturları vasitəsilə inkişaf etdirilməsi və maliyyələşdirilməsi üçün daha uyğun ola biləcək sektorlar haqqında sualı cavablandırarkən bunu bildirib.
"Dövlət-özəl tərəfdaşlığı (DÖT) bir çox AYTİB ölkələrində infrastruktur sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün mühüm alətə çevrilib", - o qeyd edib. Livninin sözlərinə görə, DÖT strukturları layihələrin icrası və istismarı səmərəliliyini artırmaqla yanaşı, hökumətlərə özəl sektorun təcrübəsi və maliyyələşməsinə çıxış əldə etməyə kömək edə bilər. Eyni zamanda, o…