BAKI, Azərbaycan, 28 sentyabr. Orta Dəhliz 2040-cı ilə qədər Asiya və Avropa arasında çatdırılma müddətini 18–19 günə endirə bilər.
Trend News Agency · 2026-09-28
BAKI, Azərbaycan, 28 sentyabr. Orta Dəhliz 2040-cı ilə qədər Asiya və Avropa arasında çatdırılma müddətini 18–19 günə endirə bilər. Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyu dünya səviyyəli ticarət logistikası” hesabatında qeyd olunub.
Bildirilir ki, hazırda Orta Dəhliz üzrə orta çatdırılma müddəti təxminən 47–50 gün təşkil edir, dəniz marşrutları üzrə orta göstərici isə təxminən 45 günə bərabərdir.
Dünya Bankı vurğulayır kilə, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması infrastruktur investisiyaları ilə iqtisadi fəallığı stimullaşdıran layihələrin ticarətin asanlaşdırılması islahatları, təkmilləşdirilmiş nəqliyyat xidmətləri və gücləndirilmiş sərhədüstü əməkdaşlıqla birləşdirilməsini tələb edəcək. Dünya Bankının məlumatına görə, belə göstəricilərə nail olunması yük daşımalarının həcminə də əhəmiyyətli təsir göstərəcək: “Lazımi təkmilləşdirmələrin…