Dünya avtomobil bazarında ENİŞ: Satışlar səkkiz aydır azalır

Dünyada minik və yüngül kommersiya avtomobillərinin satışı ardıcıl səkkizinci aydır azalır. Bu tendensiya 2026-cı ilin əvvəlindən etibarən davam edir.

Oxu.az · 2026-09-29

Yeniliklərdən dərhal xəbərdar olun Dünyada minik və yüngül kommersiya avtomobillərinin satışı ardıcıl səkkizinci aydır, yəni 2026-cı ilin əvvəlindən etibarən azalmaqda davam edir. Oxu. Az xəbər verir ki, "Avtostat" bu barədə "GlobalData" analitik agentliyinin göstəricilərinə istinadən məlumat yayıb.

Avqust ayı ərzində dünyada 6 857 920 avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5. 9% azdır. Ümumilikdə isə ilin ilk səkkiz ayı ərzində dünya bazarının həcmi 4. 1% azalaraq 56 847 175 ədədə düşüb. Ötən ay dünyada avtomobil satışı üzrə liderliyi 1 675 599 ədəd göstərici ilə Çin qoruyub saxlayıb.

Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 24. 5% azdır. ABŞ-də bu dövr ərzində 1 400 702 avtomobil satılıb ki, bu da bir il əvvəlki göstəricidən 4. 7% azdır. Qərbi Avropa ölkələrinin avtomobil bazarları avqustda müsbət dinamika nümayiş etdirərək ümumilikdə 5. 3% artıb və 820 329 ədədə…