Almaniyanın təyin olunmuş səfiri Barbara Voss oktyabrın 2-də Tbilisidə Almaniyanın Birliyi Günü münasibətilə qəbulda səsləndirdiyi nitqində alman-gürcü dostluğunun irsindəki "zərərdən", iki ölkə arasında "qurulanları qorumaq" səylərindən və gələcək əməkdaşlıq sahələrindən danışıb. Voss öz vəzifəsinin icrasına...
Civil Georgia · 2026-10-04
Almaniyanın təyin olunmuş səfiri Barbara Voss oktyabrın 2-də Tbilisidə Almaniyanın Birliyi Günü münasibətilə qəbulda səsləndirdiyi nitqində alman-gürcü dostluğunun irsindəki "zərərdən", iki ölkə arasında "qurulanları qorumaq" səylərindən və gələcək əməkdaşlıq sahələnindən danışıb.
Voss iki ənənəvi yaxın tərəfdaş arasında münasibətlərdəki dərin eniş fonunda iyunun sonlarında səlahiyyət müddəti başa çatan Peter Fişerdən sonra avqust ayında rəsmi vəzifəsinin icrasına başlayıb.
Diplomat çıxışı zamanı Gürcüstan və Almaniya arasında "stüstün dərəcədə uzun və intensiv münasibətləri" vurğulayaraq, "Bu gün alman-gürcü dostluğundan danışmaq həm də ötən illər ərzində birlikdə qurduğumuz şeylərin nə qədər zərər gördüyünə görə kədərimizi ifadə etmək deməkdir", - deyə bildirib. "Xüsusilə Almaniyadan gələn nəhəng maliyyə resursları hesabına son 20 ildə Gürcüstanın beynəlxalq miqyasda ən tanınmış…