“Həssas məsələ”: Abxaziya hakimiyyəti Rusiyada həbsdə olan vəkil İrakli Bjınavanın vəziyyətini yüngülləşdirməyə çalışır

Abxaziyanın prezidenti Badra Qunba Rusiyanın təcridxanasında saxlanılan abxaziyalı vəkil İrakli Bjınavanın taleyini Moskva ilə müzakirə edir. Hakimiyyət ona qarşı iki cinayət işi açıb.

JAMnews · 2026-10-02

Abxaziyanın prezidenti Badra Qunba Rusiyanın təcridxanasında saxlanılan abxaziyalı vəkil İrakli Bjınavanın taleyini Moskva ilə müzakirə edir. Hakimiyyət ona qarşı iki cinayət işi açıb. Qunba bildirib ki, məsələ həssas yanaşma tələb edir.

Siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının Məşvərət Şurasının iclasında prezident bildirib ki, Abxaziya hakimiyyəti Bjınavanın saxlanma şəraiti ilə bağlı rusiyalı həmkarları ilə işləyir. Xarici İşlər Nazirliyi və konsulluq xidməti də, o cümlədən onun vəkillərinə zəruri dəstək göstərirlər.

“Dövlət hakimiyyəti orqanları bu məsələ ilə məşğuldur. Mən onu şəxsən öz kanallarım vasitəsilə həmkarlarımla müzakirə edirəm və müəyyən xidmətlər də prosesə cəlb olunub”, – deyə prezident bildirib. Qunbanın sözlərinə görə, məsələ başqa ölkənin qanunvericiliyinə aid olduğu üçün həssas yanaşma tələb edir. Eyni zamanda o qeyd edib ki, Abxaziya tərəfi…