Müdafiə naziri David MakGuinti ölənlərin və yaralananların olduğunu bildirib, lakin təfərrüata varmayıb. Kanadanın Alberta əyalətindəki hərbi baza yaxınlığında baş verən güclü yanğın nəticəsində insanların həlak olduğu və xəsarət aldığı bildirilir.
BBC World · 2026-10-18
Müdafiə naziri David MakGuinti ölənlərin və yaralananların olduğunu bildirib, lakin təfərrüata varmayıb Kanadanın Alberta əyalətindəki hərbi baza yaxınlığında baş verən güclü yanğın nəticəsində insanların həlak olduğu və xəsarət aldığı bildirilib. Müdafiə naziri itkilərin dəqiq sayını açıqlamayıb.
David MakGuinti bildirib ki, Kanada Silahlı Qüvvələri yanğının söndürülməsi istiqamətində yerli hakimiyyət orqanları ilə birlikdə çalışır və hadisənin səbəblərini araşdırır. O, vəziyyəti "çox, çox gərgin və həssas" kimi qiymətləndirib.
Kanadanın Baş naziri Mark Karni "X" sosial şəbəkəsində "böyük yanğına səbəb olan ciddi insidentin" baş verdiyini yazıb və əlavə edib ki, onun "düşüncələri zərər çəkmiş bütün cəsur qadın və kişilərlədir". Yanğının baş verdiyi Veynrayt Kanada Silahlı Qüvvələrinin bazası ölkənin ən çox istifadə edilən hərbi təlim bazalarından biridir. Veynrayt Bələdiyyə Dairəsindən…