ChatGPT Azərbaycanın süni intellekt çat-bot bazarında liderliyini qoruyub saxlayır

Bakı, Azərbaycan, 9 oktyabr. "StatCounter Global Stats" məlumatlarına əsasən, "Trend"in hesablamalarına görə, 2026-cı ilin sentyabr ayında ChatGPT 86,3 faiz bazar payı ilə Azərbaycanın süni intellekt (Sİ) çat-bot bazarında lider mövqeyini qoruyub saxlayıb.

Trend News Agency · 2026-10-17

Bakı, Azərbaycan, 9 oktyabr. "StatCounter Global Stats" məlumatlarına əsasən, "Trend"in hesablamalarına görə, 2026-cı ilin sentyabr ayında ChatGPT 86,3 faiz bazar payı ilə Azərbaycanın süni intellekt (Sİ) çat-bot bazarında lider mövqeyini qoruyub saxlayıb.

ChatGPT-nin payı avqust ayı ilə müqayisədə 2,69 faiz bəndi artıb. "Google Gemini" 10,28 faiz payla ikinci yerdə qərarlaşıb ki, bu da əvvəlki aya nisbətən 1,17 faiz bəndi azdır. "Perplexity" bazarın 2,34 faizinə sahib olub, onu müvafiq olaraq 0,83 faizlə "Claude" və 0,24 faizlə "Microsoft Copilot" izləyib.

Beləliklə, ChatGPT Azərbaycandakı Sİ çat-bot bazarında ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə üstələməyə davam edib. Eyni zamanda, "OpenAI" çat-botda mətn, vizual təsvirlər və interaktiv elementləri cavablarda birləşdirməyə imkan verən yeni "Intelligent UI" funksiyası ilə müşayiət olunan GPT-6-nın ChatGPT-də qlobal tətbiqinə…