BMT-dən XƏBƏRDARLIQ: 200 milyondan çox insan evsiz qala bilər

BMT və Dünya Bankının hesabatına görə, iqlim dəyişikliyi səbəbindən 2050-ci ilədək 216 milyon insan evlərini tərk edəcək. Dəniz səviyyəsinin qalxması bu vəziyyəti daha da ağırlaşdırır.

Oxu.az · 2026-09-29

Yeniliklərdən dərhal xəbərdar olun Qlobal istiləşmə və iqlim dəyişikliyi sadəcə təbiət üçün deyil, eyni zamanda yaşayış yerlərini itirmək baxımından milyonlarla insan üçün də ciddi risk yaradır. Oxu. Az "Haber Global"a istinadən verdiyi məlumatına görə, bu barədə BMT-nin son hesabatında qeyd edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, hazırda dünya üzrə təxminən 4. 5 milyon insanın vətəndaşlığı yoxdur. Onların təqribən 90 faizi iqlim dəyişikliyinin fəsadlarına qarşı daha həssas olan dövlətlərdə məskunlaşıb.

Dəniz səviyyəsinin yüksəlməsi xüsusilə kiçik ada ölkələri üçün böyük təhlükə mənbəyidir. BMT-nin proqnozlarına əsasən, əsrin sonuna qədər dünya okeanının səviyyəsi ən azı 0. 5 metr, ən pis ssenaridə isə hətta 2 metrə qədər arta bilər. Bundan əlavə, Dünya Bankının "Groundswell" adlı tədqiqatı göstərir ki, zəruri tədbirlər görülməzsə, 2050-ci ilədək su qıtlığı,…