Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi mütəxəssisləri «Birlik gücü – 2026» təlimləri çərçivəsində hücumların dəf edilməsi və hərbi informasiya sistemlərinin qorunması üzrə birgə kiberəmliyyətlər işləyib hazırlayıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Minval · 2026-09-28

«Qızılqaya» təlim mərkəzində keçirilən təlimlər zamanı üç ölkənin hərbi qulluqçuları kiberqrupun tərkibində birgə fəaliyyət göstəriblər.
Təlimin planına əsasən, kiberqrup qanunsuz silahlı birləşmələr tərəfindən kiberhücumların qarşısının alınması və hərbi bölmələrin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tapşırıqları yerinə yetirib. Hərbi mütəxəssislər həmçinin bölmələrin taktiki əməliyyatlarına dəstək məqsədilə kibertəhlükəsizliyin təmin edilməsi bacarıqlarını nümayiş etdiriblər. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının…