BAKI, Azərbaycan, 28 sentyabr. Bakı Təşəbbüs Qrupunun (BTQ) BMT Baş Assambleyasında (BMT BA) geri qayıtmaq hüququ və dekolonizasiya məsələlərinə həsr olunmuş konfransı iştirakçıların dinc ictimai nümayişi ilə başa çatıb.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 28 sentyabr. Bakı Təşəbbüs Qrupunun (BTQ) BMT Baş Assambleyasında (BMT BA) geri qayıtmaq hüququ və dekolonizasiya məsələlərinə həsr olunmuş konfransı iştirakçıların dinc ictimai nümayişi ilə başa çatıb. Bu barədə BTQ-nin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Konfrans “Geri qayıtmaq hüququ və dekolonizasiya: Gecikmiş tarixi ədalətin bərpası” mövzusuna həsr olunub. Tədbir Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilib.
Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının ministerial toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda keçirilmiş “Kolonizasiyanın tamamilə ləğvi istiqamətində” konfransında təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatıdır. BTQ dekolonizasiyanın, yerli xalqların və etnik azlıqların hüquqlarının, eləcə də məcburi köçkün düşmüş azərbaycanlıların geri…