Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş direktoru Alessandro Bernini ilə əməkdaşlığın inkişafını və yeni birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib. "Görüşdə Azərbaycan ilə İtaliya arasında energetika sektorunda əlaqələrin dinamik inkişafını qeyd etdik..."
Minval · 2026-09-28
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş direktoru Alessandro Bernini ilə əməkdaşlığın inkişafını və yeni birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib.
"Görüşdə Azərbaycan ilə İtaliya arasında energetika sektorunda əlaqələrin dinamik inkişafını, eləcə də SOCAR və "MAIRE" arasında uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığın vacibliyini qeyd etdik", – deyə Nəcəf "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlığın dinamik inkişafını, həmçinin SOCAR və "MAIRE"nin illər ərzində formalaşmış uğurlu tərəfdaşlığını qeyd ediblər. Görüş zamanı neft emalı və neft-kimya sahələrində, o cümlədən "SOCAR Polymer" layihəsi və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində birgə işin nəticələri müzakirə…