BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 24-27-də İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Çempionatının qızıl və bürünc medalçısı olmuş azərbaycanlı idmançılar Vətənə qayıdıblar.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 24-27-də İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Çempionatının qızıl və bürünc medalçısı olmuş azərbaycanlı idmançılar Vətənə qayıdıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Məlumata görə, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya nümayəndələri, ailə üzvləri və media nümayəndələri qarşılayıblar. Ölkəmizi böyüklər kateqoriyasında təmsil edən qadın qrupu - Anahita Bəshiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva balans hərəkətləri proqramında dünya çempionu adını qazanıblar.
Bu, Azərbaycan idman tarixində qadın qrupunun bu növ üzrə əldə etdiyi ilk belə nailiyyətdir. Təsnifat mərhələsində 28. 330 xal toplamaqla birinci yeri tutmuş gimnastlar finalda 28. 580 xal toplayaraq bütün rəqiblərini üstələyiblər. Kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov da balans hərəkətləri üzrə…