BAKI, Azərbaycan, 1 oktyabr. ADEX 2026 sərgisində 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edir. Bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Samir Ağababayev ADEX 2026 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib, “Trend”in müxbiri hadisə yerindən xəbər verir...
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. ADEX 2026 sərgisində 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edir. Bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Samir Ağababayev ADEX 2026 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib, “Trend”in müxbiri hadisə yerindən xəbər verir.
Onun sözlərinə görə, sərgiyə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 növ məhsul dördüncü pavilyonda nümayiş etdirilir. “Bunların arasında silahlı yerüstü robot, kamikadze pilotsuz yerüstü robot və təkərli pilotsuz yerüstü robot yeni məhsullardır”, – deyə rəsmi şəxs izah edib.
Aparat rəhbəri həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə tipli PUA sərgidə ilk dəfə nümayiş olunur. “Kamikadze tipli dronun uzunluğu 3,5 metr, qanadları arası məsafə 3,2 metr, uçuş müddəti isə 2 saat təşkil edir”, – deyə o əlavə edib. Mənbə:…