Azərbaycanın Baş prokuroru ölkəyə qarşı cinayətlər törətməkdə ittiham olunan və xaricdə olan şəxslər haqqında danışıb

BAKI, Azərbaycan, 29 sentyabr. Azərbaycan qarşı ağır cinayətlər törətməkdə ittiham olunan və hazırda xaricdə olan şəxslər gələcəkdə məsuliyyətə cəlb oluna bilərlər və bu istiqamətdə digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq həyata keçirilir, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Trend" İnformasiya Agentliyinə və "REAL TV"yə müsahibəsində bildirib.

Trend News Agency · 2026-09-29

BAKI, Azərbaycan, 29 sentyabr.

Azərbaycan qarşı ağır cinayətlər törətməkdə ittiham olunan və hazırda xaricdə olan şəxslər gələcəkdə məsuliyyətə cəlb oluna bilərlər və bu istiqamətdə digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq həyata keçirilir, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Trend" İnformasiya Agentliyinə və "REAL TV"yə müsahibəsində bildirib.

"Söhbət təkcə həmin ayrı-ayrı şəxslərdən getmir. Ümumiyyətlə, beynəlxalq hüquq çərçivəsində münasibətlər və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq çox vacibdir və real nəticələr verir. Qeyd etdiyiniz kateqoriyaya aid olan şəxslərin istər indi, istərsə də gələcəkdə cinayət məsuliyyətinə cəlb olunması həqiqətən də mümkündür. Biz bu istiqamətdə lazımi işləri görürük", - deyə o qeyd edib. Baş prokuror vurğulayıb ki, həmin şəxslərdən bəziləri artıq məsuliyyətə cəlb olunublar. O, bu məhkəmə proseslərinin keçirilməsini…