Azərbaycanın Baş prokuroru çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsinə çağırıb

BAKI, Azərbaycan, 29 sentyabr. Korrupsiya, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən vəsaitlərin leqallaşdırılması ilə mübarizə xüsusi əhəmiyyət kəsb edir və bu cinayətlərlə yanaşı, həmin yolla əldə olunan gəlirlərin yuyulmasına qarşı da mübarizə aparmaq lazımdır, - deyə Azərbaycanın Baş prokuroru bildirib.

Trend News Agency · 2026-09-30

BAKI, Azərbaycan, 29 sentyabr. Korrupsiya, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən vəsaitlərin leqallaşdırılması ilə mübarizə xüsusi əhəmiyyət kəsb edir və bu cinayətlərlə yanaşı, həmin yolla əldə olunan gəlirlərin yuyulmasına qarşı da mübarizə aparmaq lazımdır.

Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend İnformasiya Agentliyi və REAL TV-yə verdiyi birgə müsahibəsində bildirib.

Korrupsiya üçün şərait yaradan halların vaxtında aradan qaldırılması ilə bağlı suala cavab verən Baş prokuror “ASAN xidmət” mərkəzlərinin yaradılmasını mühüm profilaktik tədbir kimi qiymətləndirib. “Korrupsiya cinayətləri həmişə bəşəriyyəti narahat edib. Müasir dünyada həm Avropada, həm də dünyanın digər regionlarında bu cinayətlər cəmiyyət və dövlət üçün ciddi problem olaraq qalır. Hesab edirəm ki, ölkəmizin siyasi rəhbərliyi bu sahədə çox uğurlu işlər görür. …