BAKI, Azərbaycan, 29 sentyabr. 2026-cı ilin yanvar-avqust aylərində Azərbaycanda qeyri-monetar qızıl nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixrac 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artaraq 2.81 milyard dollara çatıb.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. 2026-cı ilin yanvar-avqust aylərində Azərbaycanda qeyri-monetar qızıl nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixrac 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17. 6% artaraq 2. 81 milyard dollara çatıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi "İxrac İcmalı"nın 2026-cı ilin sentyabr nömrəsində məlumat verilib. İcmala əsasən, cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni ayı ilə müqayisədə 13% artaraq 350. 8 milyon dollar təşkil edib.
Bu dövrdə qida məhsullarının ixracı 80. 7 milyon dollar olub. Qeyri-qida məhsullarının ixracı isə 11. 4% artaraq 251. 1 milyon dollara çatıb. Cari ilin ilk 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə şəkər ixracı 2. 3 dəfə, pambıq ipliyi ixracı 62. 2%, alüminium və ondan hazırlanan məmulatlar 42. 8%, heyvan və ya bitki mənşəli yağlar 30. 2%, qara metal və…