Azərbaycan Baş nazirinin müavini İrana səfər edib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Tehranda keçirilən görüşlərdə elektrik enerjisi təchizatı, sərhəd infrastrukturunun və nəqliyyat marşrutlarının inkişafı müzakirə olunub. İran qarşıdakı qış aylarında Azərbaycandan elektrik enerjisi idxalını artırmağı planlaşdırır...
JAMnews · 2026-10-02
Azərbaycan Baş nazirinin müavini İrana səfər edib Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Tehranda keçirilən görüşlərdə elektrik enerjisi təchizatı, sərhəd infrastrukturunun və nəqliyyat marşrutlarının inkişafı müzakirə olunub.
İran qarşıdakı qış aylarında Azərbaycandan elektrik enerjisi idxalını artırmağı planlaşdırır. Bakı üçün isə prioritetlər sırasına birgə enerji layihələrinin inkişafı və tranzit potensialının genişləndirilməsi daxildir. Bununla belə, bu danışıqlar siyasi etimadın bərpa olunduğunu deməyə əsas vermir.
İqtisadi əməkdaşlıq Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum və cari ilin martında Naxçıvanda baş vermiş dron insidentindən qaynaqlanan gərginlik fonunda davam edir. CNN-in məlumatına görə, İranla münaqişə zamanı İsrail cənubi Azərbaycanda hərbi qulluqçular yerləşdirib Sentyabrın 29-da Mustafayev İran Prezidenti Məsud Pezeşkianla…