Azərbaycan Baş nazirinin müavini İranın yollar və şəhərsalma naziri ilə görüşüb

BAKI, Azərbaycan, 29 sentyabr. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrləri (Azərbaycan tərəfdən Baş nazir müavini Şahin Mustafayev və İran tərəfdən yollar və şəhərsalma naziri Fərzanə Sadeq) arasında görüş keçirilib...

Trend News Agency · 2026-09-28

BAKI, Azərbaycan, 29 sentyabr.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrləri (Azərbaycan tərəfdən Baş nazir müavini Şahin Mustafayev və İran tərəfdən yollar və şəhərsalma naziri Fərzanə Sadeq) arasında görüş keçirilib.

Görüşdə iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin əldə edilmiş razılaşmaların icra vəziyyətini və cari ilin fevral ayında Bakıda keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulmuş tədbirləri müzakirə ediblər. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran…