BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Afinada biznes forum keçirilib.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Afinada biznes forum keçirilib. Bu barədə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyi (Enterprise Greece) tərəfindən təşkil olunan forumda hər iki ölkədən 90-dan çox şirkət iştirak edib.
Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin transformasiyası, eləcə də şaxələndirilmiş enerji və nəqliyyat əlaqələrinin artan əhəmiyyəti fonunda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda formalaşan yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiya üçün geniş imkanlar…