BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan özünün "vahid pəncərə" rəqəmsal sistemini Orta Dəhliz boyunca yerləşən ölkələrlə inteqrasiya etmək imkanlarını araşdırır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Dünya Bankı Qrupunun “Orta Dəhliz: Növbəti mərhələ” adlı onlayn tədbirində bildirib…
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan özünün "vahid pəncərə" rəqəmsal sistemini Orta Dəhliz boyunca yerləşən ölkələrlə inteqrasiya etmək imkanlarını araşdırır.
Bu barədə Trend-in müxbirinə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev cümə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: Növbəti mərhələ” adlı onlayn tədbirində bildirib.
O qeyd edib ki, Orta Dəhlizin davamlı böyüməsinin təmin edilməsi üçün iki amil xüsusilə vacibdir. Birincisi, bütün fəaliyyət növləri üçün zəruri olan fiziki infrastruktura uyğun əlaqələndirilmiş fəaliyyət demək olan sinxronizasiyadır. “İkincisi, proqnozlaşdırıla bilməni, izlənilə bilməni və çevikliyi təmin etmək üçün prosessual, hüquqi və rəqəmsal qarşılıqlı fəaliyyəti əhatə edən interoperabellilikdir (qarşılıqlı əlaqə),” Əliyev bildirib. Onun sözlərinə görə, bu istiqamətdə səylər Azərbaycanda da…