BAKI, Azərbaycan, 16 oktyabr. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə ölkəmizdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Trend News Agency · 2026-10-16
BAKI, Azərbaycan, 16 oktyabr. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə ölkəmizdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və ikitərəfli əlaqələrdə son inkişaf meyilləri müzakirə olunub.
Tərəflər, həmçinin Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etvim Tədbirləri üzrə Müşavirənin (CICA) 7-ci Zirvə görüşünün nəticələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mənbə: https://www. trend. az/azerbaijan/politics/4235464. html © 2026 Trend News Agency. Bütün hüquqlar qorunur.