BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan və Yunanıstan 2026–2028-ci illər üçün turizm sahəsində Birgə Fəaliyyət Planı imzalayıblar.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. Azərbaycan və Yunanıstan 2026–2028-ci illər üçün turizm sahəsində Birgə Fəaliyyət Planı imzalayıblar. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Afinada Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə birlikdə Hökumətlərarası Komissiyanın 6-cı iclasına həmsədrlik etdik. İkitərəfli tərəfdaşlığın bütün istiqamətlərdə genişləndirilməsi, yeni layihə və təşəbbüslərin irəlilədilməsi imkanlarını nəzərdən keçirdik.
Turizm sahəsində 2026–2028-ci illər üçün Birgə Fəaliyyət Planının imzalanması, eləcə də əldə olunmuş razılaşmalar iqtisadi tərəfdaşlığımızın daha da güclənməsinə töhfə verəcək”, – paylaşımda qeyd olunub. Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Afinada biznes-forum…