Portuqaliya, 2022-ci ilin yekunlarına görə, Avropa İttifaqında spirtli içkilərin ən çox istehlak edildiyi ölkə olub. Bu məlumat, Aİ-nin spirtli içki istehlakı ilə bağlı statistikası əsasında açıqlanıb.
Oxu.az · 2026-09-28
Yeniliklərdən dərhal xəbərdar olun Portuqaliya ötən ilin yekunlarına görə Avropa İttifaqında (Aİ) spirtli içkilərin ən çox istehlak edildiyi ölkə olub. Oxu. Az xəbər verir ki, bu barədə "RİA Novosti" "Avrostat"ın məlumatlarına istinadən xəbər yayıb.
Belə ki, Portuqaliyada 16 yaşdan yuxarı əhalinin 16%-i hər gün spirtli içki qəbul edib. Bu göstəriciyə görə ikinci yerdə 7,9%-lə İtaliya qərarlaşıb. Siyahıda daha sonra Belçika və Danimarka (hər biri 7,5%), Niderland (6,3%) və Fransa (5,9%) yer alıblar.
Ümumilikdə ötən il Aİ-də 16 yaşdan yuxarı insanların 4,8%-i hər gün spirtli içki qəbul edib. Avropalıların 19,2%-i həftədə, 21,8%-i isə ayda ən azı bir dəfə spirtli içki içib. Qeyd olunur ki, 2025-ci ildə Aİ-də kişilərin 56,5%-i, qadınların isə 35,9%-i ayda ən azı bir dəfə spirtli içki qəbul edib. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda…