"Avant Group"un İdarə Heyətinin sədri Əli Hüseynov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müasir investorların dəyişən yanaşmalarından danışıb (FOTO)

BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Trend News Agency · 2026-09-29

BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 26-da Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib.

"Parçalanmış Dünyada Etibarın Bərpası: Qlobal Əlaqəlilik və İnvestisiya Dayanıqlığı Dayaq Nöqtəsi Kimi Cənubi Qafqaz" mövzusuna həsr olunmuş bu ilki forum hökumət və biznes nümayəndələrini, investorları, eləcə də müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirib.

Forum çərçivəsində "İnvestisiyalar üçün Yeni Üfüqlər: Daşınmaz Əmlak, Turizm və Şəhərsalma" adlı panel müzakirəsi təşkil olunub. "Avant Group"un İdarə Heyətinin sədri Əli Hüseynov tədbirdə məruzəçi qismində iştirak edərək daşınmaz əmlak sektorunda investorların və alıcıların dəyişən gözləntiləri, müasir yaşayış və qarışıq təyinatlı layihələrin inkişafı, həmçinin beynəlxalq tərəfdaşlığın daşınmaz əmlak layihələrinin kommersiya dəyərinə və qlobal mövqeyinə təsiri barədə fikirlərini bölüşüb. Əli Hüseynov çıxışı zamanı…