Paşinyan Ermənistanın müstəqilliyinə təhdidlər barədə danışıb. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) iştirakının dayandırılması ehtimalı ilə bağlı hesabsata münasibət bildirərkən deyib: “Tariximizdə ilk dəfədir ki, “metropoliya” bizi özünə çəkmir. Əksinə, sanki belə deyir: “Sizi özümüzdən uzaqlaşdıracağıq””.
JAMnews · 2026-10-22
Paşinyan Ermənistanın müstəqilliyinə təhdidlər barədə “Tariximizdə ilk dəfədir ki, “metropoliya” bizi özünə çəkmir.
Əksinə, sanki belə deyir: “Sizi özümüzdən uzaqlaşdıracağıq””, – deyə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistanın iştirakının dayandırılması ehtimalı ilə bağlı hesabatı şərh edərkən bildirib.
Həftəlik brifinqində çıxış edən o, Aİİ-ni tənzimləyən sənədlərin üzv dövlətlərə digər üzvü qovmaq səlahiyyəti vermədiyini vurğulayıb. Hesabatda da eyni məqama toxunulur. Bununla belə, o, Rusiyanın himayəsi altında fəaliyyət göstərən digər təşkilat – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə paralel aparıb. “KTMT belə bir imkan nəzərdə tutur. Aİİ və KTMT mahiyyət etibarilə eyni üzv dövlətlərə malik olduğundan sual yaranır: nədən onlar Ermənistanı KTMT-dən qovmurlar? ” – deyə Paşinyan sual verib. Baş…