BAKI, Azərbaycan, 28 sentyabr. Yük həcmlərinin artması ilə əlaqədar yarana biləcək əməliyyat məhdudiyyətlərini aradan qaldırmaq üçün 2030-cu illərdə Orta Dəhlizə əlavə investisiyaların yatırılması nəzərdən keçirilməlidir.
Trend News Agency · 2026-09-28
BAKI, Azərbaycan, 28 sentyabr. Yük həcmlərinin artması ilə əlaqədar yarana biləcək əməliyyat məhdudiyyətlərini aradan qaldırmaq üçün 2030-cu illərdə Orta Dəhlizə əlavə investisiyaların yatırılması nəzərdən keçirilməlidir.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyu dünya səviyyəli ticarət logistikası” adlı hesabatında bildirilir.
Sənəddө qeyd olunur ki, Orta Dəhlizin inkişafı təkcə nəqliyyat infrastrukturuna investisiyaların qoyulmasını deyil, həm də sərhəddənkeçmə əməkdaşlığının yaxşılaşdırılmasını, ticarət prosedurlarının sadələşdirilməsini və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasını tələb edəcək. Hesabata əsasən, ilkin mərhələdə bütün marşrut boyunca dəmir və avtomobil yolları, dəniz limanları, sərhəd-keçid məntəqələri və daxili limanlar genişləndirilməli, modernləşdirilməli və təkmilləşdirilməlidir. Bu investisiyalar prioritetlərə uyğun və…