ABŞ Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Beyli istefa verib. O, qurumun rəhbəri Keş Patelin mümkün varisi kimi göstərilirdi.
Oxu.az · 2026-09-28
Yeniliklərdən dərhal xəbərdar olun ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunun müavini, qurumun rəhbəri Keş Patelin mümkün varisi kimi göstərilən Endryu Beyli istefa verib. Oxu. Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Beyli bazar ertəsi həmkarlarına ailəsi ilə daha çox vaxt keçirmək üçün istefa verdiyini bildirib. İki mənbənin sözlərinə görə, istefa oktyabrın 2-də qüvvəyə minəcək. Daxili kadr qərarı ilə bağlı məsələ olduğundan mənbələr anonimlik şərti ilə danışıblar.
Agentliyin məlumatına görə, Beyli Ağ Evin narazılığına səbəb olan araşdırmalarda iştirak etdiklərinə görə bir sıra FTB əməkdaşlarının işdən çıxarılması fonunda vəzifəsindən gedir. "Beyli büronun terrorizmlə mübarizə üzrə iki yüksəkvəzifəli rəhbərini başqa vəzifələrə keçirməsindən üç gün sonra istefa verir. Bu dəyişiklik onların Ağ Evin yüksəkvəzifəli…