Abxaziya və Rusiya gömrük yoxlaması nəticələrinin qarşılıqlı tanınması barədə razılığa gəliblər

Abxaziya və Rusiya gömrük yoxlamalarının nəticələrini qarşılıqlı tanımaq barədə razılığa gəliblər. Razılaşmanın Psou çayı üzərindəki Rusiya sərhədində malların rəsmiləşdirilməsini sürətləndirəcəyi gözlənilir.

JAMnews · 2026-10-01

Abxaziya və Rusiya gömrük yoxlamalarının nəticələrini qarşılıqlı tanımaq barədə razılığa gəliblər. Razılaşmanın Psou çayı üzərindəki Rusiya sərhədində malların rəsmiləşdirilməsini sürətləndirəcəyi gözlənilir. Razılaşma üzrə danışıqlar dörd ildən artıq davam edib.

Rusiyanın Federal Gömrük Xidməti və Abxiziyanın Gömrük Komitəsi müvafiq protokolü sentyabrın 25-də imzalayıblar. Protokol gömrük yoxlamasının nəticələri haqqında məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

Bu o deməkdir ki, əgər tərəflərdən biri malları və ya nəqliyyat vasitəsini artıq yoxlayıbsa, digər tərəf müəyyən hallarda yenidən yoxlama aparmaq əvəzinə həmin yoxlamanın nəticələrindən istifadə edə bilər. Abxiziyanın Gömrük Komitəsindən bildiriblər ki, yeni mexanizm sərhədkeçmə vaxtlarını azaltmalı və buraxılış məntəqələrindəki yükü yüngülləşdirməlidir. "Bu, xüsusən də sərnişin və nəqliyyat…