570 metr dərinlikdə iki cəsəd TAPILDI: "FiloJet" faciəsində yeni detal

Şimali Kipr Türk Respublikasında "FiloJet" sürət katamaranının batdığı ərazidə axtarış əməliyyatı zamanı iki cəsəd tapılıb. Avqustun sonunda baş vermiş hadisə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun Avqustun sonunda Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne şəhəri yaxınlığında "FiloJet" sürət katamaranının batdığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı zamanı daha iki nəfərin meyiti aşkar edilib. Oxu.

Az bildirir ki, bu barədə "Yenidüzen" qəzeti ŞKTR-nin Baş naziri Ünal Üstelə istinadən xəbər verib. Üstel katamaranın batdığı yerdən 1 km məsafədə və 570 metr dərinlikdə aparılan sualtı axtarışlar zamanı iki nəfərin qalıqlarının tapıldığını bildirib.

"Aşkar edilən cəsədlərin itkin düşmüş sərnişinlərə aid olub-olmadığını müəyyən etmək və onların kimliyini dəqiqləşdirmək üçün DNT analizinə başlanılıb", - deyə məlumatda vurğulanır. Hazırda 15 nəfər həlak olmuş hesab edilir, daha 13 nəfər isə itkin düşmüş sayılır. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Ən son xəbərləri bizim…