Tennessidə 200 ildə ilk dəfə qadın edam ediləcək

ABŞ-ın Tennessi ştatında iki əsrdə ilk dəfə qadın – 50 yaşlı Krista Payk edam olunacaq. Bu barədə ABC News telekanalı məlumat yayıb.

Minval · 2026-09-29

ABŞ-ın Tennessi ştatında iki əsrdə ilk dəfə qadın – 50 yaşlı Krista Payk edam olunacaq. Bu barədə ABC News telekanalı məlumat yayıb.

Əvvəlki gün ştatın qubernatoru Bill Li Paykı əfv etməkdən imtina edib, bununla yanaşı, onun vəkilləri edama hazırlıq prosesinin dayandırılması xahişi ilə ölkənin Ali Məhkəməsinə müraciət ediblər. Əgər Ali Məhkəmə prosesə müdaxilə etməsə, məhkumun hökmü sentyabrın 30-da icra olunacaq.

Beləliklə, Payk 1820-ci ildən bəri Tennessi ştatında edam edilən ilk qadın olacaq. Payk 1995-ci ildə 19 yaşlı kurs yoldaşı Kollin Slemmerin qətlə yetirilməsinə görə ölüm hökmünə məhkum edilib. Cinayət töradılarkən onun 18 yaşı olub. İstintaqın versiyasına görə, Payk sevgilisini Slemmerdən qısqanıb, onu kimsəsiz bir yerə aldadaraq aparıb və gənc oğlanla birlikdə işgəncələrə məruz qoyaraq öldürüb. Payk günahını etiraf edib. Buna baxmayaraq, müdafiə tərəfi qadının cinayəti…