"Blek Si Arena"nın damının təmiri üçün 2,6 milyon laridən çox pul xərclənəcək, ehtimal ki, tender keçirilmədən

Batumelebi/Netgazeti-nin təsisçisi və direktoru Mzia Amaxlebeli həbs edilib. Batumelebi/Netgazeti Mzia Amaxlebelinin 2001-ci ildə təsis etdiyi müstəqil və təsirlərdən azad media qurumu olaraq hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, bununla barışmaq niyyətində deyil, dərhal azad olunmasını tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir...

Netgazeti · 2026-09-30

Batumelebi/Netgazeti-nin təsisçisi və direktoru Mzia Amaxlebeli həbs edilib.

Batumelebi/Netgazeti Mzia Amaxlebelinin 2001-ci ildə təsis etdiyi müstəqil və təsirlərdən azad media qurumu olaraq hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, bununla barışmaq niyyətində deyil, dərhal azad olunmasını tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir.

Şekvetilidə yerləşən və damının zədələnməsi səbəbindən artıq iki mövsümdür fəaliyyət göstərməyən "Blek Si Arena" konsert zalı bərpa oluna bilər. Dövlət şirkəti olan "Starring Georgia" MMC miqyaslı bərpa işləri üçün 2 663 844 lari ayrılmasını və işlərin sadələşdirilmiş qaydada (tender keçirilmədən) satın alınmasını tələb edib. Rəsmi sənədlərə əsasən, layihə Arenanın damının zədələnmiş metal konstruksiyasının tam bərpası və gücləndirilməsini nəzərdə tutur. 12 ay davam edəcək proses "Design-Build" üsulu ilə həyata keçiriləcək ki,…