“Gürcü Arzusu”nun 14 illiyi. 2026-cı il oktyabrın 1-də “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən 14 il ötür. Bu gün partiyanın hakimiyyətdə olduğu 14 ilə verilən qiymətlər hələ beş il əvvəl səsləndirilənlərdən kəskin şəkildə fərqlənir.
JAMnews · 2026-10-02
“Gürcü Arzusu”nun 14 illiyi 2026-cı il oktyabrın 1-də “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən 14 il ötür. Bu gün partiyanın hakimiyyətdə olduğu 14 ilə verilən qiymətlər hələ beş il əvvəl səsləndirilənlərdən kəskin şəkildə fərqlənir.
Keçmiş hökumət rəsmisi Beka Natsvlişvili “Gürcü Arzusu”nu hakimiyyətə gətirən hadisələrin əhəmiyyətindən danışır, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələri isə ölkənin demokratik inkişafında və xarici siyasətində böhranlı vəziyyətin olduğunu vurğulayırlar.
“Transparency International Georgia”nın nümayəndəsi və keçmiş ədliyyə nazir müavini Sandro Baramidze hesab edir ki, “Gürcü Arzusu”nun idarəçiliyinin ilk illəri müsbət qiymətləndirilsə də, indi ölkə “tammiqyaslı diktatura” şəraitində yaşayır və demokratik institutlar artıq lazımi qaydada fəaliyyət göstərmir. Digər tərəfdən, diplomat və keçmiş xarici işlər nazir müavini Gigi…