Putin Rusiya ordusunun şəxsi heyətini 1,55 milyon hərbçiyə çatdırıb

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısının fərmanına əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayını 15,5 min hərbi qulluqçu artıraraq 1,55 milyon nəfərə çatdırıb.

Minval · 2026-09-28

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısının fərmanına əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayını 15,5 min hərbi qulluqçu artıraraq 1,55 milyon nəfərə çatdırıb. Sənədə əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı indi 1 550 500 hərbçi daxil olmaqla, 2 441 630 vahid təşkil edir.

Əvvələr ştat sayı 1 535 000-i hərbi qulluqçular olmaqla, 2 426 130 vahid təşkil edirdi. Eyni fərmanla hökumətə hərbi qulluqçuların sayının artırılması üçün federal büdcədən Müdafiə Nazirliyinə lazım olan büdcə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb.

Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez üzə çıxır!