BAKI, Azərbaycan, 1 oktyabr. İyulun ortalarında İran dəniz blokadasını bərpa etdikdən sonra ABŞ hərbçiləri 125 kommersiya gəmisinin istiqamətini dəyişdirib.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. İyulun ortalarında İran dəniz blokadasını bərpa etdikdən sonra ABŞ hərbçiləri 125 kommersiya gəmisinin istiqamətini dəyişdirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X səhifəsində məlumat yayıb.
"Sentyabrın 30-dək CENTCOM qüvvələri ciddi uyğunluğu təmin etmək üçün 125 kommersiya gəmisinin istiqamətini dəyişdirib", - bəyanatda deyilir. İyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bildirib və İrana qarşı yeni zərbələr endirilməsini əmr edib.
Buna cavab olaraq İran Fars körfəzi regionundakı ABŞ hərbi obyektlərini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıtması ehtimalını istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, İranın nüvə proqramı və digər məsələlər üzrə fikir ayrılıqları sülh prosesinin perspektivlərini qeyri-müəyyən edib. Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyi yenidən…