BAKI, Azərbaycan, 29 sentyabr. “Italiana Petroli” (IP) şirkətinin İtaliya üzrə yanacaq qiymətlərinə limit qoymaq qərarı Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti çərçivəsində ardıcıl olaraq inkişaf etdirilən Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın praktiki nəticəsidir.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. “Italiana Petroli” (IP) şirkətinin İtaliya üzrə yanacaq qiymətlərinə limit qoymaq qərarı Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti çərçivəsində ardıcıl olaraq inkişaf etdirilən Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın praktiki nəticəsidir.
İtaliyanın Baş naziri Corca Meloni bu qərarı alqışlayıb. “Eni”dən sonra IP də bütün milli ərazidə yanacaq qiymətlərinə limit qoymağı seçdi. Bu, İtaliya ailələrinə göstərilən diqqətin vacib siqnalıdır və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkünlüyünü təsdiqləyir.
Mən bu diqqət jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkürümü bildirirəm”, - deyə Meloni sentyabrın 28-də özünün rəsmi “X” hesabında yazıb. İtaliya üçün bu qərar hökumətin enerji xərclərinə və ev təsərrüfatlarının alıcılıq qabiliyyətinə diqqət yetirdiyi bir…