Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını 38 bənd genişləndirib. Məhdudiyyətlərə 23 şirkət, üç fiziki şəxs və 12 gəmi düşüb.
Minval · 2026-10-08
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını 38 bənd genişləndirib. Məhdudiyyətlərə 23 şirkət, üç fiziki şəxs və 12 gəmi düşüb. Bu barədə Britaniya XİN-in bildirişində deyilir.
Siyahıya "Zarubejneft", "İNK-Kapital", "Stolıçnı kredit" bankı, "Planeta" səhmdar cəmiyyəti, Rusiyanın "Praym Top", "Albion" və "Sidas Plyus" şirkətləri daxil edilib.
Məhdudiyyətlər, həmçinin Qırğızıstanın "Prosessinq Keyci" və "TokenSpot", kriptoservislər Cryptomus və Heleket ilə əlaqəli Kanada şirkəti Xeltox Enterprises və Türkiyənin Redwing Metal şirkətinə də təsir edib. Ulan Bukabayev, Aleksandr Yan Hendrik Tattersall və Yeqor İsayev fərdi sanksiyalara məruz qalıblar. Şirkətlər və fiziki şəxslər üçün aktivlərin dondurulması nəzərdə tutulur, sonuncular üçün həmçinin Böyük Britaniyaya girişə qadağa qoyulur. Hadisələrin inkişafını bizim Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının…