Qərbi Azərbaycana qayıdış: Bakı Təşəbbüs Qrupu BMT-yə müraciət edib

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin xüsusi mexanizmlərini Qərbi Azərbaycanla bağlı şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına kömək etməyə, həmçinin Ermənistandakı Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunmasını təmin etməyə çağırıb. Bu barədə birgə müraciətdə deyilir.

Minval · 2026-09-28

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin xüsusi mexanizmlərini Qərbi Azərbaycanla bağlı şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına kömək etməyə, həmçinin Ermənistandakı Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunmasını təmin etməyə çağırıb.

Bu barədə BMT-nin Xüsusi məruzəçilərinə ünvanlanan birgə müraciətdə deyilir.

BTQ-nin təşəbbüsü ilə Nyu-Yorkda təşkilatın mənzil-qərargahında keçirilən «Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası» adlı beynəlxalq konfransda qayıdış hüququ, dekolonizasiya, özünütəyinetmə, tarixi yaddaşın və mədəni irsin qorunması məsələləri müzakirə olunub. BTQ-nin kommunikasiya və məlumat analitikası şöbəsinin müdiri Elgün Hacıyev bildirib ki, qərbi azərbaycanlıların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ məsələsi BMT-nin müvafiq strukturları və beynəlxalq mexanizmlər çərçivəsində baxılmağa layiqdir. «Qayıdış hüququ…