Rusiyanı Ukraynaya zərbələri dayandırmağa nə məcbur edə bilər?

Ukrayna müharibənin ilk günlərindən bəri ən təhlükəli anını yaşayır. İyulun sonundan etibarən Rusiya artan ballistik raket ehtiyatlarından və yeni nəsil reaktiv mühərrikli dronlardan istifadə edərək uzun mənzilli zərbələrin intensivliyini kəskin şəkildə artırıb.

Minval · 2026-10-16

İndi Rusiya qüvvələri bütün Ukrayna ərazisi boyunca yaşayış məntəqələrinə hücum edir, logistik, nəqliyyat və kommersiya infrastrukturuna xüsusi diqqət yetirirlər.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya rəhbərliyi bu qış energetika və su təchizatı obyektlərinə qarşı daha miqyaslı kampaniya planlaşdırır, bununla da Ukrayna iqtisadiyyatını qəti şəkildə zəiflətməyə və cəmiyyətin müqavimətini qırmağa çalışır. Bu barədə Foreign Affairs yazır. Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya dizil yanacağı üzərindəki sanksiyaların birtərəfli qaydada ləğv edilməsi ilə bağlı Moskva ilə razılaşma əldə olunduğunu elan edərək və…